AZ

Hindistan niyə Pakistana hücumu “Sindur əməliyyatı” adlandırdı?

BAKI, 7 may. TELEQRAF

Hindistanın Pakistana raket hücumuna “Sindur əməliyyatı” adını verməsi bunun önəmi və Dehlinin göndərmək istədiyi mesajlarla bağlı suallar yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

Sindur evli hind qadınlarının ənənəvi olaraq istifadə etdikləri qırmızı tozdur, evlilik rəmzi olaraq alına çəkilir.

Hindistanın “Kerala Kaumudi” qəzetinin yazdığına görə, hərbi əməliyyat üçün bu adın seçilməsi “Hindistanın müharibə qurbanları və hücumlar zamanı ərlərini itirmiş hindli qadınların ləyaqətini qorumaq əzmi”ni əks etdirən simvolik mesaj daşıyır.

Xatırladaq ki, aprelin 22-də Kəşmirin Hindistanın işğalı altında olan Pahalqam şəhərində silahlıların hücumundan sonra Dehli və İslamabad arasında gərginlik kəskin şəkildə artıb. Hindistan baş verənlərə görə Pakistanı günahlandırıb. Rəsmi İslamabad Dehlinin əsassız ittihamlarını rədd edib.

Mayın 6-dan 7-nə keçən gecə Hindistan sübuta yetirmədiyi ittihamlarını əsas gətirərək, Pakistan ərazisinə zərbələr endirib. Hücum zamanı 26 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb.

Pakistanın cavab zərbələri nəticəsində Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi obyektləri məhv edilib. Pakistan Hindistanın bütün atəş nöqtələrini susdurub.

Seçilən
0
teleqraf.com

1Mənbələr