AZ

İctimai fəal Əhməd Məmmədli saxlanılıb

İctimai fəal Əhməd Məmmədli mayın 6-da axşam saatlarında saxlanılıb. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında bildirib.

Yaxınlarının məlumatına görə, Əhməd Məmmədli Binəqədi Rayon Polis İdarəsinin polisləri tərəfindən saxlanılıb:

“Kiməsə ağır xəsarət yetirdiyi iddia olunur. Özü isə döyüldüyünü və vəziyyətinin çox pis olduğunu bildirib”, qeyd olunub.

İctimai fəala 2024-cü ilin yanvarından etibarən ölkədən çıxış qadağası qoyulub.

Əməd Məmmədli daha əvəl Demokratiya 1918 (D18) hərəkatının  sədri  olub.

2022-ci ildə Məmmədli  Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 535.1-ci(yəni polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq )  maddəsilə 30 sutka müddətinə həbs edilmişdi.

Aytac

Seçilən
0
anews.az

1Mənbələr