ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi Qırmızı dənizə düşüb.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi USS Harry S. Truman təyyarədaşıyan gəmisindən Qırmızı dənizə düşdükdən sonra itib.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, təyyarə qəzaya uğramazdan əvvəl özlərini havaya atmağı bacaran iki nəfərlik ekipaj üzvləri yüngül xəsarətlərlə sağ qalıblar.