AZ

“İqtisadi islahatlar” jurnalı “RePEc” biblioqrafik məlumat bazasına daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı elmi məlumat bazası olan “RePEc”-ə (Research Papers in Economics) inteqrasiya olunub.

“İki sahil” xəbər verir ki, 1997-ci ildən fəaliyyət göstərən “RePEc” iqtisadiyyat sahəsində aparılan tədqiqatların yayılması və elmi ictimaiyyətin bu tədqiqatlara asan çıxışının təmin edilməsi məqsədilə yaradılan dünyanın ən böyük açıq resurslarından biridir.

“RePEc” biblioqrafik məlumat bazası olaraq “IDEAS” və “EconPapers” kimi bir neçə alt-platformadan ibarətdir. Artıq “İqtisadi islahatlar” elmi-analitik jurnalında çap olunan məqalələr həm “IDEAS” (https://ideas.repec.org/s/azr/reform.html ), həm də “EconPapers” (https://econpapers.repec.org/article/azrreform/) platformalarında oxuculara təqdim olunacaq.

“IDEAS” iqtisadiyyata həsr olunmuş məqalələrin ən böyük biblioqrafik məlumat bazalarından biridir. Belə ki, burada oxuculara “RePEc”-ə əsaslanaraq 5 milyona yaxın çox tədqiqat işi təqdim olunur. “İqtisadi islahatlar” elmi-analitik jurnalının bu platformaya inteqrasiyası jurnalda çap edilən məqalələrin daha çox oxucuya çatmasına və istinad sayının artmasına xidmət edəcək.

Seçilən
0
2
ikisahil.az

3Mənbələr