Çin qarşılıqlı münasinətləri inkişaf etdirmək üçün Avropa İttifaqına (Aİ) çağırış edib.

İndex.az xəbər verir ki, Çin sədri Xi Cinpinq diplomatik münasibətlərin qurulmasının 50-ci ildönümündə qarşılıqlı inamı inkişaf etdirərək Aİ-ni qlobal sülh, sabitlik və firavanlığa töhfə verməyə çağırıb.

​​Xi öz mesajında qeyd edib ki, Çin və Aİ dünyada çoxqütblülük inkişaf etdirən iki böyük güc, qloballaşmanı dəstəkləyən iki böyük bazar və mədəni müxtəlifliyi müdafiə edən iki böyük sivilizasiyadır.