AZ

Luis Enrike “Arsenal”a “qarğıdı”: “Heç yaxşısını diləmirəm”

PSJ-nin ispan baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”la cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, Fransa nəhəngi ilk oyun çərçivəsində London səfərindən “Emireyts”də “topçular” üzərində 1:0 hesablı qələbə ilə qayıdıb.

Luis Enrike oyuna həsr edilmiş mətbuat toplantısında gözləntisini dilə gətirib:

“Tər tökmək gərək olacaq, axı bizim rəqibimiz də məğlubiyyətdən qurtulmağa gərək duyur. Cavab oyununu qazanmaq üçün biz öz məfkurəmizə sadiq qalmalı və birinci oyunun səviyyəsinə mütləq surətdə yaxın oyun oynamalıyıq.

Mikel Arteta? Mikellə tanış olmaq xoşbətliyi mənə, mən hələ oyunçu olduğum zaman nəsib olub. O, çox gənc idi. Mən onun güclü şəxsiyyət olaraq yadda saxlamışam. O, əla oyunçu idi və əla məşqçi olub. Mən ona ən yaxşısını diləyirəm, amma sabahkı oyunda yox (artıq bugünkü – redaktorun qeydi).

Mənim komandamın tərəqqisimi? Birinci ildə çoxlu təhlil aparmaq gərək olur. Bu, inşaat axınında adi haldır. İkinci il – dəqiq inkişaf və öz gücünə əminlik ilidir. Növbəti ildə isə biz ən böyük müstəvilərdə müvəffəqiyyət qazanmağa davam edəcəyik

Bütün məşqçilər istədiklərini çatdırmaq cəhdinə əsaslanaraq, öz komandalarına təsir göstərirlər. Mən həmişə demişəm ki, əla oyunçularım var, hər bir klubumda isə mən onları təkmilləşdirib yaxşılaşdırmağa çalışıram. Mən öz işimi həmişə yaxşı görməyə çalışıram və öz oyunçularımın və komandamın ən yaxşı seçimini təsis edirəm”, – UEFA-nın mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.

PSJ – “Arsenal” oyunu bu gün, mayın 7-də Parisin “Park de Prens” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
0
arena.az

1Mənbələr