AZ

Türkiyə XİN Pakistan-Hindistan qarşıdurması haqda bəyanat YAYDI

Türkiyənin xarici işlər nazirliyi Pakistan-Hindistan qarşıdurmasına dair bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyirik.

Hindistanın dünən gecə (6 may) həyata keçirdiyi hücum genişmiqyaslı müharibə riskini artırır. Biz bu cür təxribatçı addımları, eləcə də mülki şəxslərə və mülki infrastruktura qarşı yönəlmiş hücumları pisləyirik.

Biz tərəfləri sağlam düşüncəyə və birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq.

Bölgədə gərginliyin ən qısa zamanda azaldılması üçün tədbirlərin görüləcəyini və belə hadisələrin təkrarlanmaması üçün lazımi mexanizmlərin, o cümlədən terrorizmlə mübarizə sahəsində işə salınacağını gözləyirik. Biz, həmçinin, Pakistanın 22 aprel terror aktının araşdırılması çağırışını dəstəkləyirik”.

Seçilən
0
veteninfo.az

1Mənbələr