AZ

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr məlum olub

Bakı. Trend:

Bu ilin aprel ayında Azərbaycan istifadəçilərinin “Facebook”sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 22,91 faizbəndi artaraq 45 faiz təşkil edib.

Bu barədə Trend “Global Stats” Statistika Mərkəzinə istinadənxəbər verir.

Bu göstəriciyə görə, ikinci yerdə “İnstagram” dayanır. Onun payı15,06 faiz bəndi azalaraq 24,23 faizə çatıb. Siyahıda üçüncü yerdə10,07 faizlə “Pinterest” gəlir (əvvəlki ayla müqayisədə 2,77 faizaz).

Bu göstəriciyə görə, dördüncü yerdə “YouTube” sosial şəbəkəsigəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 4,71 faiz bəndiazalaraq 9,82 faiz təşkil edib.

“X” media platforması 6,74 faizlə Azərbaycanın sosial şəbəkələrbazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində0,83 faiz artım).

Reytinqdə altıncı yeri 1,46 faiz göstərici ilə “Linkedin” tutub(əvəlki ayla müqayisədə 0,49 faiz çox).

Digər sosial şəbəkələrin payı 2,68 faiz təşkil edib.

Seçilən
0
1
az.trend.az

2Mənbələr