AZ

“Access Bank”dan geri addım - Depozit faizlərini endirdi

“Access Bank” depozit faizlərini endirib. 

Valyuta.az bu barədə banka istinadən xəbər verir. Söhbət bankın müddətli depozitlərindən gedir. Məlumata görə, “Access Bank” 18-24 aylıq müddətli manat depozitləri üzrə faizləri 0,75% bəndinədək azaldıb. 

Belə ki, aylıq ödəniş şərti ilə 18 aylıq depozitlər üzrə faizlər 11,75%-dən 11,5%-ə, 24 aylıq üzrə 11,5%-dən 11%-ə endirilib. Müddətin sonunda ödəniş şərti ilə 18 aylıq depozit faizləri 12%-dən 11,75%-ə, 24 aylıq əmanatlər üzrə isə 11,5%-ə enib. 

Qeyd edək ki, “Access Bank” 18-24 aylıq müddətli əmanətlərə 12% gəlirlə yanaşı, 0,25% bonus da təklif edirdi. Yəni, artıq bu bonuslar da ləğv edilib.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 121,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%).

Nara

Seçilən
0
valyuta.az

1Mənbələr