Bakı.Trend:
Gürcüstanda hakim “Gürcüstan arzusu – Demokratik Gürcüstan”partiyasının yeni rəhbəri baş nazir İrakli Kobaxidze seçilib.
Trend bu barədəGürcüstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partiya qurultayının qərarına əsasən, İrakliKobaxidze yekdilliklə siyasi birliyin sədri seçilib.
Bundan əvvəl, aprelin 25-də hakim “Gürcü Arzusu” partiyasınınlideri İrakli Qaribaşvili jurnalistlərlə brifinq zamanı siyasətdəngetdiyini və tutduğu vəzifədən istefa verdiyini elan etmişdi. O, bugünə qədər üzərinə düşən missiyanı yerinə yetirilmiş hesab etdiyinivurğulayıb.