İstanbulda bir restorandan çıxan Hülya Avşar avtomobilinə mindiyi anda jurnalistlərlə qarşılaşıb.
News24.az xəbər verir ki, avtomobili ilə hərəkət etdiyi zaman yanına yaxınlaşan bir vətəndaş, yeni doğulacaq uşağı üçün ondan beşik istəyib.
Vətəndaşın bu istəyinə qısa müddətlik təəccüblənən Avşar, “Beşikmi istəyirsən? Necə alım beşik? Ay get də bir,” deyərək sərt reaksiya verib.
Vətəndaş israrla, “Romanam, vallah heç nəyim yoxdur,” deyəndə isə Avşar cavab olaraq, “Əgər heç nəyin yoxdursa, niyə evlənirsən?” sözlərini deyib.
Sənətçi daha sonra söhbəti yekunlaşdıraraq, “İndi icazə ver, bir daha rastlaşsaq, baxarıq,” deyərək oradan uzaqlaşıb.
Məryəm İlhamqızı