Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik KərimVəliyev ölkəmizdə rəsmi səfərdə olan Macarıstan MüdafiəQüvvələrinin Baş Qərargah rəisi, professor, general QaborBöröndinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Hərbi HavaQüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, KibertəhlükəsizlikMərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələnnümayəndələrə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiqİslamzadə müasir standartlara cavab verən, yüksək texnolojiimkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu vəfəaliyyəti barədə məlumat verib. Qonaqlara ölkəmizin hava məkanınanəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargahsəviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdimolunub.
Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr AzərbaycanOrdusunun silahlanmasına daxil olan müasir silah sistemi vəinformasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinintəmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcədə Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndəheyətinə müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslıkibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Daha sonra hər iki ölkənin Baş Qərargah rəisləri komando hərbihissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılanşəraitlə tanış olublar.
Hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyatcığırında fəaliyyətləri izlənildikdən sonra Azərbaycan Ordusununistifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasındanibarət sərgi nümayiş olunub, onların taktiki-texnikixüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumatverilib.