AZ

Hindistan mülki hədəfləri vurub, bu qəbuledilməzdir - Ömər Çəlik

BAKI,TurkicWorld

Hindistanın roketlərlə Pakistandakı mülki şəxsləri hədəfə alması qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, AK partiya sözçüsü Ömər Çəlik bildirib ki, Hindistanın Pakistan ərazisinə yönəlmiş son hücumu qəbuledilməzdir və rəsmi Ankara bu hücumu qətiyyətlə qınayır.

O, regionda gərginliyin azaldılması üçün zəruri diplomatik və siyasi addımların atılmasının vacibliyini vurğulayıb.

Ömər Çəlik Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən “Terrorsuz Türkiyə” siyasətinin problemsiz davam etdiyini bildirib. O, terror təşkilatlarının bütün qolları ilə birlikdə silahı buraxmalı olduğunu və bu istiqamətdə atılacaq hər addımın demokratik sabitliyə töhfə verəcəyini qeyd edib.

Çəlik, Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli arasında keçirilən görüş barədə də danışıb.

“Bu cür görüşlərdə məxfiliyə önəm verilir. Amma deyə bilərik ki, görüşdə terrorla mübarizə məsələsi, yəni ‘Terrorsuz Türkiyə’ siyasəti əsas mövzulardan biri olub” – deyə o bildirib.

Seçilən
0
turkic.world

1Mənbələr