AZ

Dilan Polatın bacısı evlənir

Çirkli pulların yuyulmasına görə həbs olunan Dilan Polatın bacısı Sıla Doğu ailə qurur.

 

Sfera.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. 

 

Ad günündə evlilik təklifi alan Sıla "Hə" cavabı verdiyini açıqlayıb.

 

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılmışdı.

 

Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.

 

Firuzə Əliyeva

Sfera.az

Seçilən
0
1
sfera.az

2Mənbələr