AZ

"Azercell"in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” keçirilib

2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və "Azercell"in eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu” uğurla baş tutub. 

"Unikal" xəbər verir ki, builki marafon da müxtəlif yaş qruplarından olan minlərlə insanı bir araya gətirərək sağlam həyat tərzi ətrafında birləşdirib. 

“Küləyə qalib gəl" şüarı altında təşkil olunan qaçış üçün təxminən 28 000 nəfər müraciət edib. Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə mübarizəyə qoşuldular. Lider mobil operatorun dəstəyilə keçirilən marafonda artıq bir neçə ildir ki, atletlərin nişan nömrələrinə xüsusi rəqəmsal xronometrlər (timekeeper) yerləşdirilir. Bu elekton cihaz nəticələrin real zaman rejimində qeydə alınmasını və maksimal dəqiqliyini təmin edir.

Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin oldu. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü keçdi. Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç birinciliyə nail olub. Azərbaycanlı Anna Yusupova yarışı ikinci, Yaponiyadan olan atlet Eriko Soma isə üçüncü pillədə tamamladılar.

"Azercell" Telekom qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator ənənəyə sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxlayıb. 

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

 

Seçilən
0
14
unikal.az

10Mənbələr