AZ

2024-cü ildə Gədəbəy rayonunun demoqrafik göstəriciləri haqqında məlumat » AzadMedia.az


01 yanvar 2025-ci il tarixinə Gədəbəy rayonunun əhalisi 101233 nəfər təşkil etmişdir. Əhalinin 14564 (14,4 faiz) nəfəri şəhər əhalisi, 86669 (85,6 faiz) nəfəri isə kənd əhalisindən ibarətdir. 2024-cü ildə əhalinin cins tərkibinə görə 50,5 faizini kişilər, 49,5 faizini isə qadınlar təşkil etmişdir.

2024-cü ildə 1000 körpə doğulmuş, 726 ölüm halı qeydə alınmış və təbii artım isə 274 nəfər olmuşdur. Əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum 10,7-dən 9,9-a, ölüm 7,9-dan 7,2-ə və təbii artım 2,8-dən 2,7-ə qədər azalmışdır. 1 yaşadək ölən uşaqların sayı 10 nəfər olmuşdur.

2024-cü ildə 474 nikah və 134 boşanma halları qeydə alınmışdır. Əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,8-dən 4,7-ə və 1,8-dən 1,3-ə qədər azalmışdır.

​Şəhər əhalisi üzrə 41 nigah və 29 boşanma, kənd əhalisi üzrə isə 433 nigah və 105 boşanma halları qeydə alınmışdır.




Gədəbəy Rayon Statistika İdarəsinin rəisi İsmayıl Məmmədov
Seçilən
0
1
azadmedia.az

2Mənbələr