AZ

Elektromobillərin yürüş festivalı keçiriləcək

9-11 may tarixlərində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) “Yaşıl ölkə” adı altında elektrik avtomobillərin növbəti sərgisini təşkil edəcək.

“Park Bulvar” AVM ərazisində qurulacaq ekspozisiyada rəsmi dilerlərin təqdimatında ən müasir elektrik nəqliyyat vasitələri təqdim olunacaq. 

Sərginin təşkilatı dəstəkçisi Azərbaycan Avtomomobil Federasiyasıdır (AAF).

Sərginin rəsmi açılışından öncə AADA üzvləri Ulu [ndər, müasir Azərbaycanın banisi Heydər Əliyevin doğum gününə həsr olunan ənənəvi avto-yürüş təşkil edəcəklər. Ekoloji avtomobil karvanı paytaxt küçələrində fəxri dövrə vurduqdan sonra “Yaşıl ölkə” sərgisinə qatılacaq. 

AADA İdarə Heyətinin sədri Eyyub Əliyevin açıqlamasına görə, “yürüş və sərginin bir forum çərçivəsində birləşməsi tədbiri əsl festivala çevirəcək”.

İnstagram: aada.az

Seçilən
0
1
marja.az

2Mənbələr