AZ

“AL Market”lər bağlanır?

Məşhur mağazalar şəbəkəsi olan “AL Market”in bağlanması ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb.Məsələ ilə bağlı "AL Market" mağazalar şəbəkəsinin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “AL Market” daim inkişaf edərək müştərilərə daha yaxşı xidmət göstərmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib: “Yeni konseptə uyğun mağazalar istifadəyə verilir, bu standartlara cavab verməyən köhnə mağazalar isə bağlanaraq, onların yerində daha geniş və müasir filiallar açılır. Bağlanan filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub və artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub”.M.Əsədova qeyd edib ki, hazırda “AL Market”in 800-dən çox filialı və 5 000-dən çox əməkdaşı mövcuddur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr