Məşhur türkiyəli müğənni və aktrisa Hülya Avşarın yolda olarkən ondan beşik istəyən kişi ilə dialoqu gündəm olub.
Bizim.Media xəbər verir ki, yol kənarında onun maşınına yaxınlaşan şəxs maddi sıxıntı yaşadığını və əkiz körpələri üçün beşik istədiyini bildirib.
Bu xahiş qarşısında soyuqqanlılığını saxlayan Avşar kişinin sözlərinə sərt cavab verib. Həmin anların görüntüsü sosial şəbəkədə yayılaraq müzakirələrə səbəb olub.
O, kişinin xahişinə "Heç bir şeyin yoxdursa, niyə evlənirsən? Ola bilsin, növbəti dəfə gələndə qarşılaşsaq, həll edərik" cavabını verib.
H.Avşarın kömək istəyən şəxsə verdiyi cavab birmənalı qarşılanmayıb. Sənətçinin ondan kömək istəyən şəxsə rədd cavabı verməsi tənqid olunub. Bəziləri isə H.Avşarı dəstəkləyərək onun haqlı olduğunu bildiriblər.
Bizim.Media