İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı sələfi, mərhum İbrahim Rəisinin anasını ziyarət edib.
Redaktoraz xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, görüş zamanı Rəisinin anası Pezeşkiana xitabən “helikopterə minməyin”, - deyə bildirib.
Xatırladaq ki, İranın mərhum Prezidenti İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasında həlak olub.