HƏMAS hərəkatı İsrailin hava hücumu nəticəsində Livandakı hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının komandirinin öldüyünü təsdiqləyib.AFN.az xəbər verir ki, bu barədə hərəkatın telegram hesabında məlumat yayılıb. "Hərbi lider Xalid Əhməd əl-Əhməd Livanın cənubundakı Səidə şəhərində səhər namazı üçün məscidə gedərkən öldürülüb", - deyə açıqlamada bildirilir. Qeyd edilir ki, yaraqlılar verdikləri itkilərə baxmayaraq, işğala qarşı müqavimət göstərməyə və Qəzza xalqını qorumağa davam edəcəklər.Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Livandakı hərbi qanadının Qərb briqadasının komandirinin hədəfli zərbə ilə məhv edildiyi barədə məlumat vermişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta