Tbilisi, 7 may, AZƏRTAC
Bu gün “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının nönbədəkənar qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda Baş nazir İrakli Kobaxidze partiyanın yeni sədri seçilib. Qurultayda siyasi şuranın yenilənmiş tərkibi də təsdiqlənib.
Qeyd edək ki, İ.Kobaxidze 2021-ci ildən 2024-cü ilədək partiyanın sədri olub. 2024-cü ildə partiyanın yeni sədri seçilmiş İrakli Qaribaşvili bu ilin aprelin 25-də vəzifəsindən istefa verib, siyasətdən getdiyini bəyan edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi