Azərbaycanda keçiiləcək III MDB Oyunlarının futbol yarışmasının məkanı müəyyənləşib.
Oyunlar Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Bununla əlaqədar sözügedən arenada bəzi yeniliklər ediləcək, kosmetik təmir işləri aparılacaq.
III MDB Oyunlarısentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində düzənlənəcək.
İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət edilməsi gözlənilir.
SPORTİNFO.AZ