AZ

“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC tərəfindən şirkətin fəaliyyət göstərdiyiGəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən növbəti sosialtəşəbbüsün həyata keçirilməsinə başlanılıb.

“Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadiinkişafına dəstək” layihəsi çərçivəsində Gəncə şəhəri, Daşkəsən,Göygöl və Samux rayonlarından olan 15 nəfər qadınqənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlim proqramlarına cəlbedilib.

Layihənin əsas məqsədi şəhid və müharibədə yaralananların ailəüzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığınıartırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi, inklüzivcəmiyyətin qurulmasına töhfələrin verilməsidir.

Layihə çərçivəsində iştirakçılara beynəlxalq dərəcəli qənnadçıekspertlər tərəfindən nəzəri və praktiki təlimlər keçiriləcək. İkiay davam edəcək intensiv təlimlərdə bütün növ zəruri mal-materialvə avadanlıqlarla təmin edilən müdavimlərə müvafiq peşə sahəsi üzrəbilik və bacarıqlar aşılanacaq.

Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar TəhsildəKeyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilintanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatıəldə edəcəklər.

Həmçinin layihənin yekunu olaraq təlim proqramlarına cəlbedilmiş tərəfdaş şirkətlər vasitəsilə müdavimlərin müvafiq sahədəişlə təminatına və ya fərdi sahibkarlıq fəaliyyətlərinin təşkilinədəstək göstəriləcək.

Xatırladaq ki, həssas əhali qrupları “AzerGold” QSC-ninkorporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəfkateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosialrifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyatakeçirilir.

Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibəiştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələrverilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətəcəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfərəməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Seçilən
0
17
az.trend.az

10Mənbələr