AZ

Xaricdən gətirilən tonlarla kartofda virus aşkarlandı, GERİ QAYTARILDI

 Türkiyəyə xaricdən gətirilən kartofların viruslu olduğu müəyyən edilib.

Sherg.az xəbər verir ki, Mersin limanına gətirilən 2 min 223 ton 150 kiloqram toxumluq kartof geri göndərildi.

Gətirilən kartoflar Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin müfəttişləri (bitki sağlamlığı nəzarəti üzrə mütəxəssislər) tərəfindən yoxlanılıb.

Yoxlamalar zamanı İsveç mənşəli 850 ton toxumluq, Hollandiya mənşəli 4 ayrı göndərişdə 585 ton 400 kiloqramı toxumluq olmaqla ümumilikdə 1 min 152 ton 150 kiloqram və Almaniya mənşəli 150 ton kartofda “Potato leafroll polerovirus” (Yarpaqların qıvrılması virusu) və “Tobacco rattle tobravirus” (Tütün çıqqıltısı virusu) aşkar edilib.

Virus aşkar edilən, əsasən toxumluq olan ümumilikdə 2 min 223 ton 150 kiloqram kartof mənşə ölkələrinə geri qaytarılıb.

Kartofun hər iqlim şəraitində yetişdirilə bilməsi səbəbilə demək olar ki, bütün dünya ölkələri tərəfindən istehsal olunub istehlak edilir və bu sahədə Türkiyə 15-ci sıradadır.

Son 5 ildə Türkiyədə kartof istehsalı bir milyon ton artaraq illik məhsul miqdarı 6 milyon tona yaxınlaşıb. Ən çox istehsal isə 750 min tondan çox məhsulla Niğde olmaqla, ardınca Kayseri, Afyonkarahisar, İzmir, Konya, Sivas, Nevşehir, Aksaray, Bitlis və Adanada həyata keçirilir.

Bəzən müxtəlif ölkələrdən Türkiyəyə gətirilən kartofların əsasən toxumluq olaraq ölkəyə daxil edildiyi bildirilir və bu miqdarın ümumi istehsal nisbətində yalnız təxminən 1 faiz təşkil etdiyi qeyd olunur.
Seçilən
0
sherg.az

1Mənbələr