AZ

Gənc cüdoçularımız Türkiyədə təlim-məşq düşərgəsinə qatılıblar - FOTO

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

İdman.biz xəbər verir ki, mayın 7-dək davam edəcək toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutur.

Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı 31 may-1 iyunda Avstriyanın Qraz şəhərində və iyunun 21-22-də Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.

İdman.biz

Seçilən
0
8
idman.biz

10Mənbələr