Serbiya Prezidenti Aleksandr Vuçiç səhər Belqradda Böyük Britaniya və Rusiya səfirləri ilə keçirdiyi görüşdən sonra mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya yollanıb.
Xəbər verildiyi kimi, Serbiya Prezidenti səhhətinin pisləşməsi ilə əlaqədar ABŞ-yə rəsmi səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmş və Belqradda Hərbi Tibb Akademiyasına müraciət etmişdi.