Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının yeni sədri olub.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Hökumət başçısı partiyanın mayın 7-də keçirilən qurultayında siyasi birliyin sədri seçilib. O, bundan əvvəl 2021-ci ildən 2024-cü ilə qədər bu vəzifədə olub.
Partiya sədri postu İrakli Qaribaşvilinin 2025-ci ilin aprelində istefasından sonra boş qalıb. Həmin vaxt o, siyasətdən getmək istəyi ilə postunu tərk etdiyini qeyd edib. Eyni zamanda Qaribaşvili vurğulayıb ki, o, indiki hakimiyyətə müxalifətə keçmək niyyətində deyil.
QAZİLER.AZ