Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək.Metbuat.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib. O bildirib ki, digər zəvvar qrupları da mərhələli şəkildə ziyarətə yola düşəcək.“Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib”, - QMİ rəsmisi əlavə edib.Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.Tələb olunan sənədlər:1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);2. Şəxsiyyət vəsiqəsinin surəti;3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);4. Sağlamlıq haqqında arayış.