AZ

"Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər"

Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur.

Bəs, hansı hallarda pensiya kapitalından istifadə oluna bilir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda dünyasını dəyişən şəxsin pensiya kapitalından bir sıra hallarda vərəsələrinin istifadəsinin nəzərdə tutulduğunu deyib.

Onun sözlərinə görə, hazırda mövcud qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var:

"Belə ki, vəfat etmiş şəxslərin 18 yaşına çatmamış,18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs və ya təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək, övladları bu hüquqdan yararlana bilirlər. Eyni zamanda, ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də bu hüquq şamil olunur".

Seçilən
0
41
publika.az

10Mənbələr