AZ

Arteta PSJ ilə qarşıdakı oyun haqda: “Tüklərim biz-biz durub”

“Arsenal”in ispan baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinalında PSJ ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, “topçular” Londondakı ilk oyunu doğma “Emireyts”də 0:1 hesabı ilə uduzublar.

Arteta oyuna həsr edilmiş mətbuat toplantısında gözləntisini dilə gətirib:

“Həyəcanlıyıq, tüklərimiz biz-biz durur, xəyal edirik ki, bu məqam tez yetişsin, hazır olmağımızdan doğan duyğumuz var, çox əminik və bilirik ki, Çempionlar Liqasının finalında oynaya bilərik. Bu məqama gəlib çatdıqda isə bütün ömürünü qurban vermək gərək olacaq.

Mən, komandamın necə mübarizə apardığını görürəm, mənim tüklərim də ürpənir. Çünki bizim çox məziyyətimiz var. Həmin gün isə oyun çox gərgin idi (ilk oynunu nəzərdə tutur – redaktorun qeydi), biz isə qələbə qazana bilmədik. Amma ikinci oyuna mən nikbin köklənmişəm”, ESPN şəbəkəsi ispan mütəxəssisdən sitat gətirir.

PSJ – “Arsenal” oyunu bu gün, mayın 7-də Parisin “Park de Prens” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
0
arena.az

1Mənbələr