Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurultayında ölkənin baş naziri İrakli Kobaxidzeni yeni sədr seçib.
Modern.az xəbər verir ki, 2024-cü ilin fevralından hakim partiyaya sabiq baş nazir İrakli Qaribaşvili rəhbərlik edirdi. Lakin o, aprelin 25-də siyasətdən getdiyini elan edəndən sonra partiya sədri vəzifəsi boş qalıb.
Kobaxidze ikinci dəfə partiya sədri olub. O, ilk olaraq 2021-ci ilin yanvarından 2024-cü ilin yanvarına qədər partiyaya rəhbərlik edib.
“Gürcü arzusu”nun təsis qurultayı 21 aprel 2012-ci ildə baş tutub. 2012-ci ilin payızında keçirilən parlament seçkilərində partiya qalib gəlib və o vaxtdan Gürcüstan parlamentində çoxluğu qoruyub saxlayır.
Müxtəlif vaxtlarda partiyanın sədrləri arasında təsisçi Bidzina İvanişvili, Gürcüstanın keçmiş baş nazirləri İrakli Qaribaşvili və Giorgi Kvirikaşvili də olub. Üstəlik, İvanişvili və Qaribaşvili iki dəfə partiyaya rəhbərlik ediblər.