Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxt sakini olan qadın polisə müraciət edərək yaşadığı evdə çantasından 1640 manat pul və 4800 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.