Rusiya-Ukrayna müharibəsi fevralda Çernobıl Atom Elektrik Stansiyasına ziyan vurub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qorxunc hücum Rusiya pilotsuz təyyarəsinin nüvə obyektini vurması zamanı baş verib.
İlkin qiymətləndirmələrə və mühəndislik ekspertlərinə görə, qiyməti 75 min funt sterlinq (olan Rusiyanın “Shahed” PUA-sının Çernobıl AES-ə vurduğu zərər on milyonlarla dollar dəyərindədir.
“The Guardian” qəzeti yazır ki, tam təmirin dəyəri xüsusi beynəlxalq təcili yardım fondunda olan 25 milyon avrodan çox olacağı üçün Böyük Britaniya da daxil olmaqla qərb hökumətləri tərəfindən qarşılanacaq .
Fevralın ortalarında baş verən hücum dərhal radioloji risk yaratmasa da, 2017-ci ildə çökən reaktoru əhatə etmək üçün tikilmiş 1,5 milyard avroluq qoruyucu struktura ciddi ziyan vurub. Stansiyanın tam təmiri aylar çəkə bilər.
Növbətçi baş mühəndis Serhiy Bokovun sözlərinə görə, Çernobılda 110 metr hündürlüyündəki polad konstruksiya fevralın 14-də yerli vaxtla saat 02:00-dan əvvəl vurulub və sensorlar 6-7 bal gücündə zəlzələ qeydə alıb.
Daha sonra zəlzələnin təbii mənşəli olmadığı üzə çıxıb.
Radarın aşkar edə bilməyəcəyi səviyyədə uçan pilotsuz uçan aparatın səbəb olduğu ehtimal edilən hücum xarici damda 15 kvadratmetrlik dəlik açıb.
Həmçinin strukturun daxili üzlüklərində yanğının söndürülməsinə iki həftədən çox vaxt sərf edilib.
Ukrayna radiasiya fonunun hazırda normal səviyyədə və daimi nəzarət altında olduğunu bildirir.
Billurə Yunus