AZ

Masazırda ilahiyyətçinin şok əməli: 11 yaşlı qıza əxlaqsızlıq etdi

Abşeron rayonunda 12 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan 1988-ci il təvəllüdlü ilahiyyatçı Salman Kamiloğlunun məhkəməsi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini Salman (Hacı Salman kimi də tanınır-red.) 23 iyun 2024-cii ildə saat 19 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində on dörd yaşına çatmayan 2013-cü il təvəllüdlü Könülə (ad şərti verilib – red.) yaxınlaşaraq ondan adını soruşub.

Daha sonra azyaşlının yanaq nahiyəsindən öpüb, əlindən tutaraq yaxınlıqdakı daş hasarın yanına aparıb, orada onu qucaqlayıb, üzündən öpüb, sonra isə əlləri ilə sinə nahiyəsinə toxunub.

İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

“Bu vaxta qədər pislik etməmişəm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, hərəkətlərində anlaşılmazlıq olub: “Mən belə bir hərəkət etməmişəm. Heç kəsə bu vaxta qədər pislik eləməmişəm. Zərərçəkmiş şəxslə bağlı ekspert rəyindən də görünür ki, yanlış hərəkətim olmayıb.

Sadəcə mənə təzyiq elədilər. Bakı İstintaq Təcridxanasına gəldikdən xeyli müddət sonra mənə təzyiq olunması ilə bağlı araşdırma da başlandı. Könüllü olaraq ekspertizadan imtina etməli oldum. Günahım olmadığı halda həbsdəyəm. Məhkəmədən azadlığa buraxılmağımı xahiş edirəm”.

“Azyaşlının üzündən öpdüm”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi açıqlanıb. İfadədən görünür ki, Salman Kamiloğlu 2024-cü il yanvar ayının ortalarında Həcc ziyarətində olub, bu günə kimi ailə həyatı qurmayıb:

“2024-cü ildə dostum Elnur məni Xırdalana, Gənclər şəhərciyində yaşadığı ünvana dəvət etdi. Mən də onun təklifi ilə razılaşdım. “Aykido” idmanı ilə məşğul olduğum üçün məşq prosesində qabırğamdan xəsarət almışdım. Qabırğamda küt ağrılar olduğu üçün ağrıkəsici dərman qəbul etmişəm.

Mobil telefonumda olan “Yango” programı ilə taksi sifariş verdim. Saat 15:30-da Yasamal rayonunda “Honda İnsayt” markalı avtomobilə əyləşərək Xırdalanda, dostum Elnurun yaşadığı evin yaxınlığında düşdüm. Taksidən düşdükdə küçədə tanımadığım azyaşlı bir oğlan və bir qız uşağının birlikdə oynadığını gördüm. Uşaqları ilk dəfə görürdüm.

Sarı rəngdə şortik və köynək geyinən balaca qız uşağı diqqətimi çəkdiyi üçün ona yaxınlaşıb oynamağa başladım. Sonra azyaşlının üzündən öpməyə başladım”.

“Mənə oxşadığını dedi”

Salman qeyd edib ki, həmin vaxt azyaşlıya qarşı hissləri ehtirası oyanmağa başlayıb: “Heç kes görməsin deyə onu yaşayış evinin divarının küncünə çəkdim. Əlimi sinə nahiyəsinəd gəzdirməyə başladım. Yerdə oturaraq onu qucaqladım, öpdüm, seksual xarakterli hərəkətlər etdim. Uşağın valideyini bizi gördü, yanımdan anası tərəfə getdi.

Adının bilmədiyim ana məni görsə də, bəlkə də qorxudan heç nə demədi. Sonra dostum Elnurun yaşadığı ünvana getdim. Bir qədər Elnurgildə oturduqdan sonra yaxınlıqda marketə getdim. Marketdə “Emanat” elektron ödəmə terminalı vasitəsi ilə “Misli.az” saytına pul yükləyərək çıxdım.

Marketdən çıxanda tanımadığım bir nəfər yaxınlaşaraq uşağa kiminsə sataşdığını və onun mənə oxşadığını dedi. Mən qorxduğum üçün və biabır olmamaqdan ötrü inkar etdim. Həmin adam məni övladının, arvadının gördüyünü və bizi üzləşdirmək istədiyini dedi. Mən də etiraz etmədim, onunla yaşadığı ünvanın qarşısına getdim”.

Seçilən
0
1
publika.az

2Mənbələr