AZ

AİB Qırğızıstanda torpaq sürüşməsi risklərinin idarəolunması ilə bağlı əlavə layihələr gerçəkləşdirmək imkanlarını nəzərdən keçirir

Milan. Trend:

Asiya İnkişaf Bankı Qırğızıstanda torpaq sürüşməsi risklərininidarəolunması ilə bağlı əlavə layihələr gerçəkləşdirmək imkanlarınınəzərdən keçirir

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Mərkəzi Asiyada kənd təsərrüfatı, ərzaq, təbii resurslarvə aqrar inkişaf üzrə departamentinin direktoru Yasmin SiddikiAİB-in 58-ci illik iclası çərçivəsində keçirilən brifinqdədeyib.

“Təhlükəli sürüşmə risklərinin idarə olunması ilə bağlılayihəmiz artıq Qırğızıstan hökuməti ilə birgə həyata keçirilir.Bu, AİB-in tarixində sürüşmə risklərinin idarə olunmasına tam həsrolunmuş ilk və yeganə layihədir. Biz ölkə üzrə hökumət tərəfindənmüəyyən edilmiş yüksək riskli zonalarda fəaliyyət göstəririk. Buərazilərdə torpaq sürüşmələri yaşayış yerlərinin, kənd təsərrüfatısahələrinin itirilməsinə və əfsuslar olsun ki, insan tələfatınasəbəb olur. AİB Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi iləəməkdaşlıq edir. Gələcəkdə biz bu kimi yeni layihələrin başlanmasıimkanlarını da araşdırmaq niyyətindəyik. Bu, xüsusilə yamaclarınsabitləşdirilməsi tədbirlərini əhatə edir,” - deyə Siddiqi izahedib.

Siddiqi həmçinin qeyd edib ki, AİB yamaclarda monitorinqсihazlarının quraşdırılmasının mümkünlüyünü nəzərdən keçirir.

Seçilən
0
az.trend.az

1Mənbələr