AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasında XXXIII turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şamaxı-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);
“Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyanların say və yaş limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).