Rusiyada Qələbə Paradı ərəfəsində mobil internetin işində fasilələr yaranıb.
Publika.az xəbər verir ki, mayın 5-də problemlə ilk dəfə Moskva sakinləri qarşılaşıblar və mayın 7-nə keçən gecə məlum olub ki, dron hücumu təhlükəsi səbəbindən Rusiyanın 30-dan çox şəhərində mobil internet kəsilib.
Telekommunikasiya operatorları, çatdırılma xidmətləri və taksi xidmətləri bayramdan əvvəl mobil internetdə yaranan fasilələrlə əlaqədar məhdudiyyətlərlə işləyə biləcəkləri barədə xəbərdarlıq ediblər.
Moskva sakinləri bankomatlar, mağazalar və tətbiqlərlə bağlı çətinliklərlə üzləşiblər. Bundan əlavə, bəzi Moskva mağazalarında kartla alış-veriş etmək mümkün deyil.
Mayın 7-də Rusiya aviaşirkətləri Moskvadan və Moskvaya uçuşları kütləvi şəkildə ləğv etməyə başlayıblar. “Aeroflot”, “Pobeda”, “S7” və “Ural Airlines” şirkətləri uçuşları ləğv etdiklərini bildiriblər. Bəzi daşıyıcılar sərnişinlərə pulun geri qaytarılmasını və ya digər tarixlərə biletlərin dəyişdirilməsini təklif edirlər.
İnternet problemlərinin mayın 9-dək davam edə biləcəyi deyilir. “Downdetector” xidmətinin məlumatına görə, Moskvada mobil operatorların - T2, “Megafon”, “Beeline” və digərlərinin işində fasilələr yaranıb.