Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycana 126,6 milyon ABŞdolları dəyərində 70 min ton plastmassa və onlardan hazırlananməmulatlar idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 6,8 milyon ABŞ dolları və ya 5,7%, həcm baxımındanisə və ya 1,7 min ton və ya 2,5% çoxdur. Sözügedən məmulatlarınidxalı 2025-ci ilin ilk üç ayı üzrə ölkənin ümumi idxalında 2,24%paya malik olub.
Eyni zamanda, bu ilin yanvar-mart ayılarnda Azərbaycandan 81,2milyon ABŞ dolları dəyərində 74,3 min ton plastmassa və onlardanhazırlanan məmulatlar ixrac edilib.
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində13,7 milyon ABŞ dolları və ya 14,4%, həcm ifadəsində isə 34,8 minton və ya 31,9% azdır.
Hesablamalardan məlum olur ki, Azərbaycan birinci rübdə buməhsulların idxalı ixracını 45,4% üstələyib.