AZ

AİB gələn Özbəkistanda su bəndinin inşası üzrə iri layihəni təsdiq etməyi planlaşdırır - Yasmin Siddiqi

Milan.Trend:

Asiya İnkişaf Bankı gələn il Özbəkistanda Ayakçı su bəndinintikintisi layihəsinin təsdiqlənəcəyini gözləyir.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Mərkəzi Asiyada kənd təsərrüfatı, ərzaq, təbii resurslarvə aqrar inkişaf üzrə departamentinin direktoru Yasmin SiddiqiAİB-in 58-ci illik iclası çərçivəsində keçirilən brifinqdədeyib.

“AİB və Özbəkistanın su resursları və kənd təsərrüfatı sahəsindəəməkdaşlığının uzun tarixi var. Ötən bazar ertəsi mən Daşkənddəoldum, orada “Buzlaqlardan fermalara kimi” proqramının müzakirəsiüçün Su Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə görşdüm. Dövlətstrukturlarının böyük maraq və proaktiv yanaşma sərgiləmələriniməmnunluqla qeyd etməliyik. Onlar buzlaqların əriməsi və onunfəsadları ilə bağlı üzləşdikləri çağırışların miqyaslarını çoxgözəl şəkildə anlayırlar”, -deyə o bildirib.

Siddikinin sözlərinə görə, Özbəkistan hökuməti artıq AİB vəYaşıl İqlim Fondu ilə əməkdaşlıq çərçivəsində “Buzlaqlardanfermalara kimi” proqramı çərçivəsində həyata keçirmək istədiyi birsıra təşəbbüs və investisiyaları müəyyən edib.

“Məsələn, AİB-in dəstəkləməyi planlaşdırdığı bir layihəni qeydedə bilərəm. Biz gözləyirik ki, bu layihə gələn il AİB DirektorlarŞurası tərəfindən təsdiqlənəcək – söhbət Ayakçı bəndinin tikintisilayihəsindən gedir. Layihənin məqsədi su ehtiyatlarının səmərəliidarə edilməsini təmin etmək, çayın idarəsiz axını və suitkilərinin qarşısını almaqdır.

Layihə çərçivəsində innovativ həllərin tətbiqi imkanlarını danəzərdən keçiririk, məsələn, üzən günəş elektrik stansiyaları.Bizim məqsədimiz hökumətə texnologiya və innovasiyaları mümkünqədər gətirməkdir. Həmçinin Amudərya çayı üzərində erkənxəbərdarlıq sistemlərinin quraşdırılması planlaşdırılır, çünkiməlumatların mövcudluğu səmərəli idarəetmə üçün həyati əhəmiyyətdaşıyır”, – deyə o izah edib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr