AZ

Dünyanın ən gizli səsverməsi:- “Papa seçkiləri zamanı məxfilik necə təmin edilir”


“ Bu gün, mayın 7-də Papanın seçilməsi başlayır. Kardinalların Müqəddəs Ruhun özü tərəfindən idarə olunduğu güman edilir və səsverməyə hər hansı kənar müdaxilənin qarşısını almaq üçün konklav xarici aləmdən tamamilə təcrid olunub”,-deyə BBC xəbər verir. Nəşr qeyd edir ki,Papa Fransiskin varisi seçilənə qədər 133 kardinal Sikstin kapellasında qapalı vəziyyətdə qalacaq. Bundan ğncə isə onların hər biri ömürləri boyu təfərrüatları gizli saxlamağa İncilə əl basıb and içəcəklər. “Mütləq və əbədi məxfilik” konklav zamanı Vatikanda olanların hamısının vəzifəsidir: növbətçi iki həkimdən tutmuş kardinallara xidmət edən yeməkxana işçilərinə qədər. Katolik xəbər saytı Crux-un baş redaktoru Con Allen deyir: "Telefon və ya Wi-Fi siqnallarının içəriyə və ya xaricə keçməsinin qarşısını almaq üçün elektron tıxaclardan istifadə olunur. "Vatikan təcrid məsələsinə son dərəcə ciddi yanaşır".

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr