Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək bütün komandalar bəlli olub.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin də qatılacağı turnirə son vəsiqə Yaponiya “Takasaki”sinə verilib.
Ümumilikdə yarışda 13 milli və 3 klub mübarizə aparacaq. Azərbaycan, Niderland, İtaliya, Tailand, Çili, Filippin, Qazaxıstan, Misir, Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya milliləri Bakıda meydana çıxacaq. Yaponiyanın “Takasaki”, Çexiyanın “Praqa” və İtaliyanın “Roma” klubları da iştirakçılar arasında yer alıblar.
Qeyd edək ki, Bakı mərhələsi mayın 26-27-də keçiriləcək.
İdman.biz