AZ

Rəqibə tüpürdüyünü etiraf etdi

style='margin-bottom:10px;'>

Ötən gecə Çempionlar Liqasının yarımfinalının cavab oyunları çərçivəsində "Barselona"nın müdafiəçisi İniqo Martinezlə "İnter"in futbolçusu Françesko Acerbi arasında münaqişə yaranıb.

QOL.az xəbər verir ki, İtaliya klubu 2:0 hesabı ilə öndə olarkən Açerbi İniqoya tərəf qışqırıb. Martinez isə Françeskoya tərəf çevrilib və ona tüpürüb.

Görüşdən sonra Kataloniya təmsilçisinin futbolçusu bu haqda açıqlama verib. O rəqibinin kürəyinə tüpürdüyünü təsdiqləyib . 

"O, hesab 2:0 olanda bayram edirdi, düz qulağıma qışqırdı. Bu, mənim üçün lazımsız reaksiya idi. Tüpürdüm, amma tüpürcək cək onun bir metrliyindən keçdi. Əgər belə olmasaydı, hakim məni meydandan qovardı".

Seçilən
0
3
teleqraf.com

4Mənbələr