AZ

Meloni “İnter”i təbrik etmədi

İtaliyanın baş naziri Corca Meloni “İnter”i Çempionlar Liqasında finala çıxması münasibəti ilə təbrik etməyib.

Yenisabah.az xəbər verir ki, azarkeşlər onun bu hərəkətini kəskin tənqid ediblər.

Bu, “İnter”in Meloni hakimiyyəti dövrünə çıxdığı 2-ci Çempionlar Liqası finalıdır. 48 yaşlı baş nazir 2023-cü ildə də milanlıları təbrik etməmişdi.

Tarixi boyu solçu ənənələri ilə tanınan “İnter” klubu, “Milan” və “Yuventus”dan fərqli olaraq, İtaliya elitsında sevilmir. Fələstin məsələsində açıq mövqe ortaya qoyan “mavi-qaralar” bir vaxtlar Cənubi Amerikadakı “zapatistalar”a dəstəyi ilə tanınırdı.

Özünü təkcə İtaliyanın deyil, bütün dünyadakı futbol azarkeşlərinin komandası kimi görən “İnter”, ölkəsinin Avropadakı ən titullu 2-ci klubudur.


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr