AZ

Martines "İnter"in futbolçusuna tüpürdüyünü etiraf etdi: "O, düz qulağıma qışqırdı"

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında məhsuldar bərabərliyə razılaşdığı (3:3) "İnter"ə cavab qarşılaşmasında 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Barselona"nın müdafiəçisi İnyiqo Martines Milandakı görüşdə rəqib futbolçu Françesko Açerbiyə tüpürdüyünü təsdiqləyib.

Fanat.Az xəbər verir ki, Martinesin sözlərini "FOX Sports" belə çatdırıb:

"O, 2:0 hesabı ilə öndə olduqları zaman düz qulağıma qışqırdı. Düzdür, lazımsız reaksiya verdim, amma onun üstünə tüpürcək düşmədi. Düşsəydi, hakim məni meydandan qovardı".

Xatırladaq ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək. İngiltərədə baş tutan ilk qarşılaşma Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflərin cavab oyunu bu gün keçiriləcək.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr