AZ

Ermənistan yeni T-AB 1A avtomatını DEFEA-2025 sərgisində təqdim edir

Ermənistanın “Maktes Arms” şirkəti Yunanıstanın Afina şəhərində keçirilən DEFEA-2025 sərgisində ilk dəfə olaraq özünün yeni T-AB 1A avtomatını təqdim edir.

“Poliqon” “Makets Arms”a istinadən xəbər verir ki, şirkət sərgidə T-AB 1A ilə yanaşı, T-AB 2A avtomatını da nümayiş etdirir.

“T-AB 1A”, bullpup tipli modul hücum avtomatı xüsusi təyinatlı bölmələrin və hüquq-mühafizə qüvvələrinin tələblərinə uyğun olaraq hazırlanıb. Dəyişdirilə bilən lüləsi və maqazin qəbuledicisi sayəsində avtomat, asanlıqla 5.56×45, 5.45×39, 7.62×39 və ya digər istənilən orta çaplı patronla atəş açmaq üçün uyğunlaşdırıla bilər. Bu xüsusiyyətlər onu istənilən tapşırığın yerinə yetirilməsi üçün uyğun silaha çevirir. Avtomat tənzimlənən qundağa, ikitərəfli idarəetmə elementlərinə (sağ yaxud sol əllə atış etmək üçün), gilizlərin atılma istiqamətini dəyişmək imkanına malikdir.

Texniki xüsusiyyətləri:

Lüləsinin uzunluğu – 415 mm;

Ümumi uzunluğu – 702-752 mm;

Ağırlığı – 3.75 kq;

Atəş tezliyi – dəqiqədə 650-700 güllə;

Güllənin başlanğıc sürəti – 910 m/s (5.56×45), 900 m/s (5.45×39), 715 m/s (7.62×39);

Atəş rejimi – tək-tək və ya avtomatik;

Yiv aralığı – 1:178 mm (5,56×45), 1:195 mm (5,45×39), 1:240 mm (7,62×39).

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

T

T-AB 1A

T

T-AB 1A

T

T-AB 2A

T

T-AB 2A

Seçilən
0
poliqon.az

1Mənbələr