
Müğənni Katya Lelin keçmiş əri – İqor Kuznetsov itkin düşüb. Bu barədə mk.ru onun yaxın çevrəsinə istinadla xəbər verib.Məlumata görə, aprel ayında Kuznetsov Fransanın Nitsa şəhərinə yollanıb. Ayın ortalarında dənizdə üzmək üçün çıxıb və geri qayıtmayıb. O vaxtdan bəri onunla əlaqə saxlamaq mümkün olmayıb. “Yaxınları iztirab içindədir, yuxuları qaçıb”, – deyə mənbə bildirib.Sayt yazır ki, Katya Lel baş verənlərdən xəbərdardır. Bu məlumatı onun bacısı və meneceri İrina təsdiqləyib: “Dalgıçlar sualtı axtarış aparıb, amma cəsədi tapılmayıb. Axtarışlar davam edir”.Katya Lelin və İqor Kuznetsovun münasibəti 18 il davam edib, 15 il evli olublar. Onların bu evlilikdən bir qız övladı – Emiliya dünyaya gəlib. Cütlük 2023-cü ilin dekabrında ayrılıb. Katyanın sözlərinə görə, əvvəlki ərinə olan etibarsızlıq və davamlı xəyanətlər bu qərarın səbəbi olub.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi
Almaniyada siyasi dram sona çatdı – Mers çətinliklə də olsa kansler kürsüsünə oturdu
İsrailin yeni səfiri “İsraildə Azərbaycan Evi”ndə olub