Ursula fon der Leyen Rusiyadan enerji idxalına son qoymağa çağırıb.
"Rusiyanın enerji resurslarının idxalına son qoyulması Avropa İttifaqının fundamental təhlükəsizlik maraqlarına cavab verəcək".
Operativ Media xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
"Biz ən geci 2027-ci ilin sonuna kimi Rusiya qazının qalan bütün idxalını, istər boru kəməri, istərsə də LNG-ni qadağan etməyə çalışacağıq. Həm də Rusiyanın "kölgə donanması"na nəzarəti gücləndirəcəyik. Avropada Rusiyanın qalıq yanacaqlarının erası başa çatmaq üzrədir", - Leyen bildirib.