AZ

Peskov: Rusiya paradın dinc şəraitdə keçirilməsi üçün hər şeyi edir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya ordusu Böyük Qələbənin 80-ci ildönümünün sakit və dinc şəraitdə keçməsi üçün lazım olan hər şeyi edir.

Turkustan.az xəbər verir ki, Peskov Kiyev rejiminin qələbənin ildönümünü pozmaq cəhdləri ilə bağlı sualı cavablandırarkən deyib: "Kiyev rejimi öz mahiyyətini, terror aksiyalarına meylini nümayiş etdirməkdə davam edir. Xüsusi xidmət orqanları və hərbçilərimiz Böyük Qələbənin qeyd edilməsinin sakit, sabit və dinc şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirləri görürlər".

Çərşənbə günü gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın bölgələrinə irimiqyaslı PUA hücumu həyata keçirib. Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva səmasında doqquz pilotsuz təyyarənin məhv edilməsi də daxil olmaqla hücumu dəf edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr