Səudiyyə Ərəbistanının "Əl-Nəsr"inin hücumçusu Kriştiano Ronaldonun oğluna təklif gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb.
Beynəlxalq turnirdə iştirak üçün milliyə dəvət alan 14 yaşlı futbolçu ilk dəfə bu sevinci yaşayıb.
O, Yaponiya, Yunanıstan və İngiltərə ilə oyunlarda meydana çıxma şansı qazanacaq.
Qeyd edək ki, Ronaldonun oğlu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun gənclərdən ibarət komandasında oynayır. "Pozuelo", "Yuventus" və "Real Madrid"in akademiyalarında isə futbolun sirrlərini öyrənib.
Hüseyn
Milli.Az